Mayın 18-də Müasir İncəsənət Mərkəzində uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərindən ibarət “Mən azərbaycanlıyam” adı altında sərgi keçirilib. 2010-cu il -“Ekologiya ili” çərçivəsində təşkil olunan sərgidə Bakı şəhərində fəaliyyət göstərən 3 və 4 saylı uşaq incəsənət məktəblərində təhsil alan şagirdlərin 100-dən artıq rəsm əsəri nümayiş edilib. Rəngkarlıq və qrafika janrlarında çəkilmiş əsərlərdən ibarət sərginin təşkilində məqsəd ictimaiyyətin diqqətini ekologiyanın qorunmasına yönəltmək olub. 7-17 yaş arasında məktəblilərin iştirak etdiyi sərgi bir gün davam edib.