Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi, “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Kapital Bank, “Standard İnsurance” və “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə “Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsi elan edib. Müsabiqədə Azərbaycandan olan rəssamlar iştirak edə bilərlər. Rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlər ən geci 31 mart 2011-ci il tarixinədək Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinə təqdim olunmalıdır. İştirakçılar əsərlərini səfirliyə təqdim etdikdən sonra müsabiqənin təşkilatçıları tərəfindən Azərbaycanın daxili və xaricində əvəzi ödənilmədən sərgilənməsinə və geri qaytarılmamasına dair razılığını bildirirlər. 31 mart 2011-ci il tarixindən sonra təşkilatçılardan ibarət münsiflər heyəti təxminən üç əsəri təltif üçün seçəcək. Təltif olunmuş əsərlər səfirlikdə müsabiqədən yadigar olaraq saxlanılacaq.
   Mükafatları Almaniyaya geniş incəsənət xarakterli proqramı əhatə edən səfər və peşə yönlü təcrübə təşkil edir. Təqdim olunmuş mükafatlar digər şəxslərə verilə və təklif olunmamış başqa formalara, xüsusilə də pula zevrilə bilməz. Bütün iştirakçılara əsərlərinin qiymətləndirilməsindən asılı olmayaraq və iştiraka görə təşəkkür əlaməti olaraq sertifikatlar təqdim olunacaq.
   
   Mehparə