Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ” Fondunun dəstəyi ilə növbəti sərgi təşkil edilib
Vaşinqtondakı “Edison Place Gallery” salonunda ABŞ-da yaşayan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılıb. “Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr” adlı sərgi ABŞ-ın “Qarabağ” Fondunun dəstəyi ilə təşkil edilib.
Sərginin açılış mərasiminə toplaşan çoxsaylı amerikalı sənətsevərlərə rəssamın yağlı boya ilə işlənən 60-a yaxın əsəri təqdim olunub. Müəllifin sözlərinə görə, əsərlərində canlandırdığı rənglər anadan olduğu doğma Təbrizdə min bir çalarlı xalçalardan beyninə köçürülüb: “Mənim ulu babam Türkmənçay müqaviləsindən (1828) sonra Qarabağdan İrana köçüb. Ailəm Təbrizdə yaşasa da, Qarabağın füsunkar gözəlliyi, zəngin mədəniyyəti, adət-ənənələri barədə evdə həmişə danışılırdı. Gördüyünüz əsərlər Vətənimin bölünmüş rənglərinin xəyalımda canlanmasının əksidir.”
“Xarı bülbül”, “Azərbaycanlı çayçı”, “Bakı dalanı”, “Urmiyada üzümlük”, “Xəzər sahili” və “Nar ağacı” kimi əsərlərdə Azərbaycan mədəniyyəti ilə ilk dəfə tanış olan bir çox amerikalı həm Şərq, həm Qərb elementlərinin vəhdətinin şahidi olub. İsti və açıq rənglər bir-birinə qarışaraq dünyanın o biri tayından Qarabağın səfalı çöllərini, Təbriz bazarlarının çeşidli xalçalarını, Bakının küləkli küçələrini Vaşinqton tamaşaçılarının gözləri qarşısında canlandırıb.
Sərginin təntənəli açılış mərasimində çıxış edən “Qarabağ” Fondunun direktoru Diana Altman təşkilatın ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib, amerikalı sənətsevərləri 2011-ci ildə Fondun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətini işıqlandıracaq digər sərgi və konsertlərə dəvət edib.