Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin XX ildönümü münasibətilə keçiriləcək tədbirlər çərçivəsində fevralın 2-də Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq.
Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyidir.
Ankara sakinləri və qonaqlar fevralın 15-dək qardaş ölkədə yaşayan rəssamlarımızın və Azərbaycandan gəlmiş fırça ustalarının əsərləri ilə tanış olacaqlar.
Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və TÜRKSOY-un baş direktoru Düsen Kaseinov iştirak edəcəklər.