Aprelin 6-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq rəssamı Ağaəli İbrahimovun fərdi yaradıcılıq sərgisi açılacaq. Uzun illər rəngkarlıq sahəsində yorulmadan çalışan tanınmış fırça ustasının yaratdığı sənət əsərləri indiyədək geniş tamaşaçı auditoriyasına təqdim edilməyib. 45 illik bədii yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir ki, rəssamın fərdi yaradıcılıq sərgisi keçirilir.
Ağaəli İbrahimov 1946-cı ildə Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib. 2007-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
Sərgi aprelin 12-dək davam edəcək.