Mayın 5-də Dövlət Rəssamlıq Akademiyasında “Müasir türk incəsənətindən seçmə əsərlər” adlı sərgi keçirildi. “Kutvan Layihə Qrupu”nun təşkilatçılığı ilə keçirilən sərgidə 15 müəllifin 50-dək əsəri nümayiş olunur.
   Həm Bakıda, həm də İstanbulda fəaliyyət göstərən “Kutvan Layihə Qrupu” çağdaş türk incəsənətinin təbliği məqsədilə bir çox layihələr həyata keçirir. Bu barədə məlumat verən şirkətin idarə heyətinin üzvü Ali Bülent Kutvan bildirdi ki, ilk dəfə olaraq müasir türk incəsənətindən seçmə əsərlər Bakıda sərgilənir. Qeyd olundu ki, qurum 2011-ci ilin sentyabrında amerikalı sənətkarların əsərlərindən ibarət sərgi təşkil etmək niyyətindədir. İncəsənət sahəsində bu səpkidə bir neçə layihənin həyata keçirilməsi də planlaşdırılır.
   Sərgi ayın 22-dək davam edəcək.    

  Reyhan