Heydər Əliyev Mərkəzində “Love me, love me not” adlı sərgi nümayiş olunacaq

Aprelin 4-dən mayın 25-dək Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycan və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love me, love me not” (“Sevirmi, sevmirmi”) adlı sərgi təqdim olunacaq. Sərginin kuratoru Dina Naseri-Xadividir.

“YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın əsərləri nümayiş etdiriləcək. Azərbaycan müasir incəsənəti Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun əl işləri ilə təmsil olunacaq.
Dina Naseri-Xadivinin dediyinə görə, bu sərgidə nümayiş olunan hər əsər tamaşaçılara təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin bilikləri paylaşmağa çalışır. Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və fərqli mövzuları əhatə edən işlər yer alacaq.
Sərginin kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis Suad Qarayeva və “Slavyanlar və tatarlar” qrupu yaxından iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar