Aprelin 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın fırça ustası İnna Kostinanın və gürcü rəssamı Liya Şvelidzenin əsərlərindən ibarət “Xətt və boya” adlı satış-sərgi açılıb. On gün davam edəcək sərgidə İ.Kostinanın “Gilavar”, “İstanbul nağılları”, L.Şvelidzenin “Qadın”, “Gürcüstanda toy”, “Gülüş”, “Qadın-şəhər” və digər əsərləri nümayiş olunur.