Mayın 7-dən 9-dək Bakıda “Qız qalası” V beynəlxalq incəsənət festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşacaq. Festival Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq.
2010-cu ildən etibarən keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim və sirli abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.