Mayın 26-da Muzey Mərkəzinin İncəsənət Qalereyasında Anar Hüseynzadənin “Əsatirlər danışır” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək və mayın 28-dək davam edəcək sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəsmlər nümayiş etdiriləcək.
Peşəkar rəssamlığa 2006-cı ildən başlayan Anar Hüseynzadənin əsərləri əsasən ağıldan çox hislərlə dərk edilməli olan abstrakt üslubda olub, müasir incəsənəti təmsil edir. Təsadüfi deyil ki, onun bir neçə əsərinə esse yazılıb.