Da­ha bir təq­vim ili­ni ba­şa vu­ru­ruq. Bu il təs­vi­ri in­cə­sə­nət­də han­sı ha­di­sə­lər­lə yad­da qal­dı?

Hər il ol­du­ğu ki­mi, bu il də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi və təş­ki­lat­çı­lı­ğı ilə sər­gi­lər, o cüm­lə­dən gənc­lə­rin ya­ra­dı­cı­lıq po­ten­sia­lı­nın üzə çı­xa­rıl­ma­sı, sti­mul­laş­dı­rıl­ma­sı üçün mü­sa­bi­qə­lər, fes­ti­val­lar təş­kil edi­lib. 2 fev­ral - Gənc­lər Gü­nü­nə həsr edil­miş “Gənc­li­yin sə­si” in­cə­sə­nət fes­ti­va­lı çər­çi­və­sin­də açıq sə­ma al­tın­da ple­ner ger­çək­lə­şib. Sər­gi­də gənc rəs­sam­la­rın port­ret, pa­no­ra­ma, na­tür­mort və di­gər janr­lar­da rəsm əsər­lə­ri nü­ma­yiş olu­nub.
İ­lin ən yad­da­qa­lan la­yi­hə­lər­dən bi­ri iyul­da “Ba­ku Crea­ti­ve Cen­ter­”in təş­ki­lat­çı­lı­ğı, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi və “Nar Mo­bi­le­”ın baş spon­sor­lu­ğu ilə ke­çi­ri­lən Azər­bay­can İn­cə­sə­nət Fes­ti­va­lı olub. Bu il ikin­ci də­fə ger­çək­lə­şən fes­ti­val As­ta­ra, Le­rik, Yar­dım­lı, Lən­kə­ran, Bər­də, Go­ran­boy, Gən­cə, Şəm­kir, Qa­zax və Ağs­ta­fa ra­yon­la­rı­nı əha­tə edib, böl­gə­lər­də hə­vəs­kar rəs­sam­lar üçün us­tad dərs­lə­ri təş­kil olu­nub. La­yi­hə Azər­bay­can rəs­sam­la­rı­nın ya­ra­dı­cı­lı­ğı­nın təb­li­ği, gənc nəs­lin bu sə­nə­tə ma­ra­ğı­nın ar­tı­rıl­ma­sı ba­xı­mın­dan mü­hüm əhə­miy­yət kəsb edir.
Fev­ral­da Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Rəs­sam­lar İt­ti­fa­qı və Xə­tai Sə­nət Mər­kə­zi­nin təş­ki­lat­çı­lı­ğı ilə Ba­kı Rəsm Qa­le­re­ya­sın­da Xo­ca­lı soy­qı­rı­mı­na həsr olun­muş “Qa­ra­ba­ğın acı ta­ri­xi” ad­lı sər­gi açı­lıb.
İ­yun­da Mu­zey Mər­kə­zin­də ke­çi­ri­lən “A­zər­bay­can - doğ­ma di­yar” de­vi­zi al­tın­da mil­li az­lıq­la­rın IV res­pub­li­ka fes­ti­va­lı çər­çi­və­sin­də “Bir ai­lə­də” ad­lı fo­to­sər­gi də öl­kə­mi­zin et­nik-mə­də­ni zən­gin­li­yi­nin ifa­də­si ba­xı­mın­dan ma­raq­lı ha­di­sə idi.
­Av­qust­da İçə­ri­şə­hər­də təş­kil olu­nan hey­kəl­tə­raş­lıq üz­rə “Ya­şa­yan ta­rix” ad­lı sər­gi­də 17 sə­nət­ka­rın əl iş­lə­ri və ta­ri­xi şəx­siy­yət­lə­rin büst­lə­ri nü­ma­yiş olu­nub.
* * *
Öl­kə­lər ara­sın­da əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­sin­də qar­şı­lıq­lı sər­gi­lə­rin bö­yük ro­lu var. May ayın­da Döv­lət Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın mu­zey-sər­gi komp­lek­sin­də ke­çi­ri­lən “Bir mil­lət, iki döv­lət” ad­lı rəsm sər­gi­si Azər­bay­can­la Tür­ki­yə ara­sın­da mə­də­ni əmək­daş­lı­ğa töh­fə ve­rib. May­da “Ka­pell­haus” Al­man-Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zin­də 7-ci də­fə real­la­şan “Al­ma­ni­ya bir rəs­sa­mın gö­zü ilə” rəsm mü­sa­bi­qə­si də bu qə­bil­dən idi.
No­yabr ayın­da Mil­li İn­cə­sə­nət Mu­ze­yin­də gür­cü rəs­sam­la­rı­nın sər­gi­si, Azər­bay­can­da Tür­ki­yə mə­də­niy­yə­ti gün­lə­ri çər­çi­və­sin­də Mu­zey Mər­kə­zin­də “Tür­ki­yə rəng­lə­ri”, Daş­kənd­də isə “İ­pək Yo­lu Azər­bay­can və Öz­bə­kis­tan rəs­sam­la­rı­nın gö­zü ilə” sər­gi­lə­ri ke­çi­ri­lib. De­kabr ayın­da öl­kə­miz­də İn­qu­şe­ti­ya­nın mə­də­niy­yət gün­lə­ri çər­çi­və­sin­də “Qa­le­re­ya 1969”da “İn­qu­şe­ti­ya: ta­rix və müa­sir­lik” möv­zu­sun­da de­ko­ra­tiv-tət­bi­qi sə­nət nü­mu­nə­lə­rin­dən iba­rət sər­gi təş­kil olu­nub.

Fa­riz Hü­sey­nov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar