"Azərbaycanfilm" kinostudiyasında yazıçı Çingiz Abdullayevin ssenarisi əsasında ekranlaşdırılan “Tərsinə çevrilmiş dünya” adlı filmin çəkilişləri yekunlaşıb. Bu barədə filmin prodüsseri Adil Qulamov məlumat verib. Filmdə Azərbaycan polislərinin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qüvvələrə qarşı mübarizəsindən bəhs olunur.
Filmdə məşhur iranlı aktyor Məhəmməd Firutən, xalq artistləri Fuad Poladov, Rasim Balayev və başqa artistlər çəkiliblər. Prodüsserin sözlərinə görə, film dünyada qəbul olunmuş standartlara uyğun çəkilib. Məlumat üçün bildirək ki, “Tərsinə çevrilmiş dünya” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb. Filmin premyerasının bu ilin oktyabr - noyabr aylarında keçirilməsi nəzərdə tutulub.
Nuray