Xətai Sənət Mərkəzinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirdiyi “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisinə əl işlərinin qəbulu iyulun 30-da başa çatır. Rəsmlər Xətai Sənət Mərkəzinə təqdim etməlidir. Əl işlərində düzgün kompozisiyaya üstünlük veriləcək. Mövzu sərbəstdir. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Sərgidə Azərbaycanın bütün bölgələrindən 12 yaşa qədər uşaqlar iştirak edə bilər. İştirakçılar diplomla təltif olunacaq.