Postsovet ölkələrinin təmsil olunduğu XIX “Kinoşok” festivalı sentyabrın 11-19-da Rusiyanın Qara dəniz sahilindəki Anapa şəhərində keçiriləcək. Festival çərçivəsində ənənəvi “KinoMalıŞok” uşaq oyun və animasiya filmlərinin müsabiqəsi də təşkil ediləcək. “Kinoşok” festivalının prezidenti, tanınmış dramaturq, rejissor Viktor Merejkodur. Festivalın təşkilat komitəsinə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin rəhbərlik edir. Festivalın baş direktoru isə aktrisa İrina Şevçukdur.
Qeyd edək ki, festivala Azərbaycan kinematoqrafçılarının ekran əsərləri də təqdim olunub. Festivala göndərilmiş filmlərdən hansıların müsabiqə bölməsində iştirak edəcəyi isə bu həftənin sonunda bəlli olacaq.