Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsi "Qida mühəndisliyi" ixtisasının tələbələri Ramana qəsəbəsindəki “Gənc əlillərin təhsil və tədris mərkəzi”ndə olublar.
Tələbələr Hindistan, Yaponiya və Çin ölkələrinin kulinariyasına dair qidaların təqdimatını keçiriblər. Tədbir iştirakçılarına adları qeyd olunan ölkələrin qida mədəniyyəti və çeşidli milli xörəklərin hazırlanma texnologiyaları barədə ətraflı məlumat verilib.