Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq təsnifat aparılır. Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Noyabr ayında Bakı şəhərində və regionda yerləşən 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib: “Staybridge Suites Baku” - 4 ulduz superior; “Neapol” - 4 ulduz; “Baku İnn Hotel” - 4 ulduz; “Xan Lənkəran” - 4 ulduz; “Manor” - 3 ulduz.
Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.