Bakı Beynəlxalq Teatr Konfransında yenidən iştirakımdan çox məmnunam. İki il əvvəl keçirilmiş III Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmişəm. Hələ keçən dəfə şəhərinizə valeh olmuş, konfransın çox yüksək səviyyədə təşkilindən məmnun qalmışdım. Odur ki, bu tədbirə yenidən qatılmaq arzusunda idim.
Bu sözləri jurnalistlərə müsahibəsində almaniyalı professor, “Pianopianissimo” Musiqi Teatrının baş direktoru Peter Paxl deyib.
Plenar iclasda “Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft” mövzusunda çıxış edəcəyini diqqətə çatdıran P.Paxl konfransda teatrla bağlı aktual məsələlərin müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin müasir teatrın aktual problemlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar