Noyabrın 8-də IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub.
Konfrans iştirakçıları daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üstünə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi haqqında ətraflı məlumat verilib.
Sonda xatirə şəkli çəkdirilib.

F.Hüseynov








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar