Rusiyanın tanınmış teatrlarından olan Vladimir Mayakovski adına Moskva Akademik Teatrı Bakıya qastrol səfərinə gəlib. Noyabrın 17-də qonaq kollektiv S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Nikolay Qoqolun “Evlənmə” əsərinin tamaşasını göstərib. Sergey Artsibaşevin quruluş verdiyi tamaşa noyabrın 18-də növbəti dəfə nümayiş olunacaq. Bu gün həmçinin teatrı kollektivinin Bakı qastroluna həsr olunan mətbuat konfransı keçiriləcək.
Media təmsilçiləri ilə görüşdə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov, V.Mayakovski teatrının bədii rəhbəri Mindauqas Karbauskis, direktoru Leonid Oşarin, Rusiyanın xalq artistləri Svetlana Nemolyayeva, Qalina Anisimova, Mixail Filippov iştirak edəcəklər.
Noyabrın 19-20-də V.Mayakovski teatrının Bakı qastrolu M.İvaşkyaviçusun “Rus romanı” əsərinin tamaşası ilə davam edəcək. Tamaşaya teatrın bədii rəhbəri Mindauqas Karbauskis quruluş verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar