Pop ulduz , cazibədar müğənni Şakira bu dəfə də pərəstişkarlarını maraqlı yenilikləri ilə təəccübləndirəcək. Məşhur müğənni “Kali, döyüş ilahəsi” adlı hind filminə dəvət alıb və o, filmdə Kali ilahəsini canlandıracaq.
   Filmin prodüseri Karan Arora mətbuata verdiyi müsahibəsində bildirib ki, müğənni ilə danışıqlar aparılır, lakin o hələlik heç bir rəsmi sənədə imza atmayıb. “Nə üçün məhz Kali obrazı üçün hind aktrisasına deyil, Şakiraya üstünlük vermisiniz” sualına Arora bildirib ki, bu, yaradıcı heyətin qərarıdır.
   Filmin çəkiləcəyi məkanlar da artıq bəllidir. Belə ki çəkilişlərin London və Şərq Avropasında aparılacağı nəzərdə tutulub. Qeyd edək ki , “Kali, döyüş ilahəsi” filmi 3D formatında çəkiləcək. Filmdə kompüter qrafikasından da istifadə olunacağı gözlənilir. Filmin xronometrajı 2 saatdır. Xatırladaq ki, Şakira əvvəllər də “Çirkin Betti” (Ugly Betty) və “Uyerlidən sehirbazlar” (Wizards of Waverly Place) seriallarında epizodik rollarda çəkilib.