Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “RSH Consulting Company” və “MirAN Group”un birgə təşkilatçılığı ilə “Tələbə kredit işçisi” adlı layihəyə başlanılıb. ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov layihənin tələbələr üçün faydalı olacağını bildirib. Qeyd edilib ki, layihənin başlıca məqsədi iqtisadiyyat, maliyyə sahəsi üzrə təhsil alan tələbələrin uğurlu karyera qurmalarına, işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə dəstək olmaqdır. Dekabrın 12-dən yanvarın 12-dək davam edəcək təlim və təcrübə proqramının yekun mərhələsində test imtahanında yüksək nəticə göstərən tələbələrdən 5 nəfərin bank olmayan kredit təşkilatlarında kredit sahəsi üzrə 1 aylıq təcrübəyə göndərilməsi nəzərdə tutulur.
   “Tələbə kredit işçisi” layihəsinin təlim rəhbəri AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantı, “RSH Consulting Company” şirkətinin təsisçisi Ramin Bayramov, təcrübə rəhbəri “Merkuri” bank olmayan kredit təşkilatının Kredit departamentinin direktoru Nicat Novruzovdur.
   
   Fariz