İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdirilir.
Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri nümayiş etdirilən fotolarda Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, Şəki xanlarının sarayı müasir və tarixi memarlıq şedevrləri, Qobustan, İçərişəhər kimi tarixi yerlər, Naftalan, palçıq vulkanları kimi unikal müalicə ocaqları ilə tanış olurlar.
Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azərbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu söyləyib.
Tədbir konsert proqramı ilə yekunlaşıb.