Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov məruzəsində qeyd edib ki, Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan və böyük tərəqqi yolu keçən ölkəmizdə turizm qeyri-neft sektorunun prioritet sahələrindən biri elan olunub. Ötən müddətdə bu sahənin inkişafı daim dövlətin diqqət mərkəzində olub.
Anım mərasimində ATMU-nun Dillər kafedrasının müdiri Kəmalə Kərimova, Doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsrullah Nəsirli, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, dosentlər Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev, Sədaqət Mustafayeva çıxış edib. Mərasim ”Dahi şəxsiyyət” filminin nümayişi ilə başa çatıb.
Mingəçevir Turizm Kollecində ulu öndərin xatirəsinə həsr olunmuş idman turniri və inşa yazı müsabiqəsi keçirilib. 12 dekabrda kollecdə keçirilən ümummilli lider Heydər Əliyevə həsr olunmuş elmi-nəzəri konfransda idman yarışları və inşa yazı müsabiqəsi qaliblərinə fəxri fərman və diplomlar təqdim olunub.