2016-cı ilin 11 ayı ərzində ABŞ-ın Nyu-York şəhəri 60 milyon turist qəbul edib.
   Şəhər hakimiyyəti bildirib ki, il hələ bitməsə də, göstərici artıq rekord sayılır. 2015-ci ildə Nyu-Yorka 59 milyon turist gəlmişdi.
   Statistik məlumatlara əsasən meqapolisə səfər edən turistlərin sayı son yeddi ildə ardıcıl olaraq hər il bir milyon nəfər artır.
   Statistikaya görə, 2016-cı ildə Nyu-Yorka gələn turistlərin 80 faizini ölkənin digər ştatlarının sakinləri təşkil edib. Bu ilin 11 ayı ərzində əcnəbi turistlərin sayı 12 milyon nəfəri keçib. Bu da öz növbəsində rekord göstərici sayılır. Əcnəbi turistlərin sayına görə birinci yeri Böyük Britaniyadan, ikinci yeri isə Çindən olan turistlər tutur. Kanadalı və braziliyalı turistlər üçüncü və dördüncü yerləri bölüşür.
   
   İlona