Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb. Həmin gün qatarla 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınıb. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə iki dəfə fəaliyyət göstərəcək. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir.
Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunub və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılıb.
Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.