Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunub.
“Qara və qırmızı gecə” adlı tədbirdə 1990-cı ilin yanvarında baş verənlərin canlı şahidlərindən biri, ATMU-nun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı çıxış edərək həmin günləri bir daha yada salıb.
Universitetin prorektoru, professor İranə Əliyeva çıxışında diqqətə çatdırıb ki, vətən tarixini şərəfləndirən şəhid övladlarımızın müqəddəs arzu və əməllərinə sadiqliyimizi təhsil uğurları ilə, yüksəkixtisaslı mütəxəssis kimi həyat məktəbinə hazırlamaqla sübut etməliyik.
Fariz Hüseynov