“Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi dekabrın 6-dan 12-dək olan Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək beynəlxalq kinofestivalın müsabiqə proqramına daxil edilib. “Sahə” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb. 
      
   “Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.
   Film Azərbaycan və Gürcüstan kinematoqrafçılarının müştərək işi kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və PAŞA Bank-ın iştirakı ilə ərsəyə gəlib. Filimin quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, prodüseri Nəriman Məmmədovdur. Baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.
   
   Yeganə