Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm Production” kinoşirkətində istehsal olunan “40-cı qapı” filmi bu günlərdə daha bir uğur qazanıb. Noyabrın 11-14-də Amerika Birləşmiş Ştatlarında keçirilən “New York Eurasian Film Festival”da “40-cı qapı” filmi “ən yaxşı ssenari” mükafatına layiq görülüb. Ekran əsərinin prodüseri Xəqani Həşimovun verdiyi məlumata görə, bu “40-cı qapı” filminin beynəlxalq kinofestivallarda qazandığı sayca 11-ci mükafatıdır.2008-ci ildə çəkilən filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Abdulrəhim Beşaratdır. Filmdə Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov çəkiliblər.