Dünyanın iki nəhəng kino istehsalçısı - Hollivudla Bollivud əməkdaşlıq edəcək. Bununla da şirkətlər kino məhsullarının istehsalı və yayımının daha keyfiyyətli olmasına çalışacaq. Əməkdaşlıq birgə filmlərin çəkilişini də nəzərdə tutur.
“Bu razılaşma ABŞ və Hindistanın kino istehsalçılarını bir-birinə yaxınlaşdıracaq. Nəticədə ideya, təcrübə mübadiləsi aparılacaq, yerli və əcnəbi tamaşaçılar üçün daha yaxşı filmlər çəkiləcək”, - deyə razılaşmanın imzalanmasında iştirak etmiş hindistanlı prodüser Bobbi Bedi bildirib.