İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2025-ci ilədək üzv ölkələr arasında əmtəə mübadiləsinin həcmini artırmağı qarşısına məqsəd qoyub.
Bu barədə İƏT-in Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin direktoru əl-Həsən Ahzayn quruma üzv dövlətlərin Mərakeşin paytaxtı Rabatdakı səfirliklərinin iqtisadi müşavirlərinin iştirakı ilə keçirilən görüşdə deyib. Yeni proqrama əsasən, üzv ölkələr arasında əmtəə mübadilələrinin xarici ticarət əməliyyatlarında payı 25 faizə qədər yüksəlməlidir.
Bu hədəfin reallaşması yalnız islam ölkələri arasında investisiya və ticarət əlaqələrinin inkişafında qarşıya çıxan maneələrin aradan qaldırılması, ticarətlə bağlı xidmətlərin təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi, özəl və dövlət sektorları arasında tərəfdaşlıqların qurulması ilə mümkündür.
Mərkəzin direktoru bildirib ki, üzv ölkələr arasında əmtəə mübadiləsi 2015-ci ildə 20,33 faiz təşkil edib.