Mədəniyyət və Turizm Nazirliyi ilə “ASAN Radio”nun birgə layihəsi olan “Mədəni turizm” verilişi 2017-ci ildə uğurla davam edir. Ötən ilin iyun ayından efirdə olan veriliş həftənin cümə günü saat 17.00-da “100 FM” dalğasında efirdə olur.
Verilişdə Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılır, dinləyiciləri maraqlandıran suallar cavablandırılır. Həmçinin viktorinanın suallarını cavablandıran dinləyicilər hədiyyə qazanırlar.
“Mədəni turizm”in vacib xüsusiyyətlərindən biri də odur ki, dinləyicilər Mədəniyyət və Turizm Nazirliyinə aid sual və müraciətlərini efir vasitəsilə ünvanlaya bilirlər. Verilişdə maraqlı süjetlərə və vətəndaş sorğularına da yer verilir.
Qeyd edək ki, yanvarın 27-də efirə getmiş növbəti verilişdə Azərbaycan turizminin 2016-cı ildəki uğurlarından söz açılıb, eyni zamanda 2017-ci ildə turizmin prioritet inkişaf istiqamətlərindən danışılıb.