“Qatar Airways”ın təyyarəsi ən uzun birbaşa uçuş həyata keçirib
   
   “Qatar Airways” aviaşirkətinin təyyarəsi paytaxt Dohadan Yeni Zelandiyanın Oklend şəhərinə dünyanın ən uzun sürən birbaşa uçuşunu həyata keçirib.
   “Boeing 777-200” təyyarəsi fevralın 5-də Dohadan havaya qalxıb. Təyyarə 16 saat 23 dəqiqə ərzində 14 min 535 kilometr məsafə qət edərək fevralın 6-da Oklend şəhərində yerə enib.
   Uçuş zamanı təyyarə 10 saat qurşağından və beş ölkənin üzərindən keçib. Birbaşa uçuş zamanı bortda 4 pilot olmaqla 15 ekipaj üzvü işləyib. Sərnişinlər bu müddətdə 1100 fincan qəhvə, 2 min sərinləşdirici içki içib, iki dəfə yemək yeyiblər.
   Qeyd edək ki, bundan öncə ən uzun birbaşa uçuş rekordu “Air India” şirkətinə məxsus idi. Aviaşirkətin təyyarəsi 14,5 saata 15,3 min kilometr qət etmişdi.