“PriceofTravel” portalının ənənəvi reytinqinə görə, Bolqarıstanın paytaxtı Sofiya şəhəri Avropanın ən ucuz turizm istiqaməti seçilib.
Artıq 7 ildir ki, portal Avropanın 56 şəhəri arasında ucuz istiqamətləri seçməklə reytinq cədvəli hazırlayır. Burada əsasən turistin gündəlik xərcləri - üç dəfə yemək, şəhər nəqliyyatından iki dəfə istifadə, muzeyə bilet və digər amillər nəzərə alınır.
Reytinq cədvəlində birinci olan Sofiya şəhərində günlük xərclər 24 dollar təşkil edib. Reytinqdə sonrakı yerləri Krakov, Belqrad, Budapeşt, Sarayevo şəhərləri tutub.