“Mastercard” tərəfindən aparılan “Global şəhərlər” indeksi üzrə araşdırmanın nəticələrinə əsasən 2016-cı ildə ən çox turist qəbul edən dünya şəhərləri müəyyən olunub.
Ötən il ən çox ziyarət edilən şəhərlərin siyahısına Tailandın paytaxtı Banqkok (21 milyon 470 min turist) başçılıq edir. İkinci yerdə London (19 milyon 880 min), üçüncü isə Parisdir (18 milyon 30 min nəfər).
Onluqda növbəti yerləri bu şəhərlər bölüşdürüb: Dubay (15 milyon 270 min nəfər), Nyu-York (12 milyon 750 min), Sinqapur (12 milyon 110 min), Kuala Lumpur (12 milyon 20 min), İstanbul (11 milyon 950 min), Tokio (11 milyon 700 min) və Seul (10 milyon 200 min nəfər).