Fevralın 21-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq layihələr və əməkdaşlıq proqramları çərçivəsində xarici ölkələrdəki universitetlərdə bir semestr təhsil alıb qayıdan tələbələrlə görüş keçirilib.
   Görüşdə çıxış edən ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov bu şansdan faydalanan tələbələrin yaxın gələcəkdə əmək bazarında universitet məzunu kimi layiqli yer tuta biləcəklərinə ümidvar olduğunu deyib. Yeni tədris ilində də ATMU tələbələrindən bir neçəsinin xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almalarının nəzərdə tutulduğu bildirilib.
   ATMU-dan verilən məlumata görə, bu dəfə proqramda universitetin 14 tələbəsi iştirak edib. Onlardan 2 nəfər Türkiyənin Sakarya və Akdeniz universitetlərində, 2 nəfər tələbə Erasmus+ proqramı çərçivəsində Orta Doğu Texniki Universitetində, 2 tələbə Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində təhsillərini davam etdiriblər. Həmçinin ATMU ilə imzalanan ikili əməkdaşlıq müqaviləsi çərçivəsində 2 tələbə Almaniyada Yade Tətbiqi Elmlər Universitetində və 6 nəfər tələbə isə Türkiyənin Kastamonu Universitetində bir semestr oxuyub.
   
   Fariz