Azərbaycan Turizm və Menecment Universitetinin Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) hakimiyyət orqanlarının dəstəyi ilə ERASMUS+ proqramları çərçivəsində Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində keçirilən “Beynəlxalq həftə”nin iştirakçısı olub.
14 ölkənin universitet təmsilçiləri ”Beynəlxalq həftə”nin davam etdiyi günlərdə “ERASMUS+” və Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORIZON2020” proqramları çərçivəsində tələbə və gənclərin inkişafını dəstəkləyən startap, həmçinin gələcək çağırışlara istiqamətlənən layihələr kontekstində fikir mübadiləsi aparıblar. Həftə çərçivəsində keçirilən süfrə təqdimatında tədbir iştirakçılarına Azərbaycan mətbəxinə aid kitablar və milli şirniyyatlar təqdim edilib.
Kajaani Tətbiqi Elmlər Universitetində keçirilən görüşdə “Davamlı turizm” üzrə işçi seminarın Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunması qərara alınıb.