Prezident İlham Əliyev aprelin 11-də “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
   Dəyişikliyə əsasən, ticarət festivallarında alıcıya ödəniləcək əlavə dəyər vergisindən tutulan xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə bu Qaydanın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin, 50 faizi isə Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə ediləcək.