“Bakıda Şopinq festivalının keçirildiyini eşitmək çox xoşdur. Şopinq festivalında “Tax free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”.
Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza festival ilə bağlı fikirlərini bölüşərkən deyib.
Keçmiş səfir əmindir ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: “İrandan və bəzi ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq”.