Ticarət festivalının “Fashion Pavilion”u açılıb
   
   Bakı Şopinq Festivalının “Fashion Pavilion”nu fəaliyyətə başlayıb. Alış-veriş həvəskarları Tbilisi prospekti, 35 ünvanındakı “Globus Plaza”da yerləşən “Fashion Pavilion”a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərlər. “Fashion Pavilion” festival müddətində həftənin 7 günü səhər saat 10-dan 21-dək açıqdır.
   Şopinq festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan bildirilib ki, bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək keyfiyyət və müasir dəbə əsaslanır. Milli ruhda təkrarolunmaz məhsullardan hazırlanan mallar, istəyə uyğun olaraq, hədiyyə qablaşdırmasında təqdim edilir.
   Burada tanınmış modelyerlər Zümrüd Mirzəliyeva, Hökümə Hacıyeva, Lalə Ağayeva, Milena Nəbiyeva, “Baharı”, “Gazelli”, “Janar” və s. brendlər arasında seçim edib istədiyiniz müəllifdən brend geyim, aksesuar və mebel əldə edə bilərsiniz.
   Bundan başqa, brend markaları öz ölçüsünə uyğun sifariş etmək istəyənlər üçün hər gün yerli dizaynerlərlə görüş keçiriləcək və istədiyiniz dizaynerdən öz ölçünüzə uyğun fərdi tikiş də sifariş edə biləcəksiniz. Daha ətraflı məlumat üçün (012) 464-92-00 telefon nömrəsinə zəng edə bilərsiniz.