Elmi-nəzəri konfrans keçirilib
Mingəçevir Turizm Kollecində “Turizm təhsilində işəgötürənlərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfrans iştirakçıları öncə kollecin tələbələrinin əl işlərindən ibarət “Azərbaycan turizminin perspektivləri” adlı sərgi ilə tanış olublar. Sonra kollecin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Elmi-nəzəri konfransda “Turizm sənayesi işçilərinin əsas vəzifələrinə ixtisas tələbləri”, “İşəgötürənlərlə təhsil müəssisələri arasında qarşılıqlı əlaqə”, “Təhsil müəssisələri ilə qarşılıqlı əlaqədən işəgötürənlər nə qazanacaq?”, “Tərəfdaşlıq işinin qurulması”, “Mingəçevir Turizm Kolleci ilə respublikamızda olan turizm müəssisələri arasında uğurlu əməkdaşlığın perspektivləri” və s. mövzularda məruzələr dinlənilib.
Sonda kollecin tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.