Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tədqiqat bölməsinin rəhbəri, kimya elmləri namizədi Qahirə Məmmədova “ERASMUS+” proqramının akademik heyətinin mobilliyi” layihəsi çərçivəsində Türkiyənin Orta Doğu Texnik Universitetində (ODTU) olub.
ATMU-nun əməkdaşı ODTU-nun Qida mühəndisliyi fakültəsinin magistrant və doktorantlarına “Azərbaycanda qida sənayesi: tarixi və bugünü”, bakalavr pilləsində təhsil alan tələbələrə isə “Süd məhsulları və onların kimyəvi xassələri”, “Süd və süd məhsullarının qorunma metodları”, “Dünyada təbii süd məhsullarının təhlükəsizliyi” mövzularında mühazirələr oxuyub. Qida mühəndisliyi fakültəsinin akademik heyəti ilə görüş zamanı müvafiq ixtisaslar üzrə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib.