Şəhərdə son beş ildə ilk turist turu təşkil edilib
   
   2012-ci ildən bəri ilk dəfə olaraq Suriyanın Hələb şəhərində turizm mövsümünün açılışını bildirən kompleks səyahət turu keçirilib. Tur zamanı Suriyanın müxtəlif bölgələrindən gəlmiş 300 nəfərdən artıq məktəbli, tələbə və yaşlı insan Hələbin köhnə məhəllələrindəki qədim tarixi abidələr - Əməvilər məscidi, qala, amfiteatr ilə tanış olublar. 
   Turizm firmalarından birinin sahibi söyləyib ki, turist qruplarının yolu düşən şəhərin qədim məhəllələrində yeməkxanalar və suvenir dükanları artıq açılıb. Hazırda ekskursiyalarla bağlı sifarişlər daxili turizm xətti ilə qəbul edilir. Onun dediyinə görə, UNESCO-nun dünyanın ən qədim şəhəri elan etdiyi Hələbi müharibədən əvvəl hər il 7 milyonadək turist ziyarət edirmiş. Hələb gəzintilərini bərpa etmək təşəbbüsü şəhər turizm biznesinin təmsilçilərindən gəlib. Onların dediyinə görə, zəruri mehmanxana fondu qısa müddətdə bərpa ediləcək. 
   
   Gülcahan