İyunun 2-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. İclasda “2016-2017-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti”, “ATMU kollektivinin Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirakı” ilə bağlı məruzələr, hesabat-çıxış və cari məsələlərə baxılıb.
Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov qeyd edib ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bizi daha mütəşəkkil işləməyə səfərbər edir. Turizm sektoru üçün keyfiyyətli mütəxəssis ordusu formalaşdırmaq kimi böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik.
ATMU-nun İnkişaf üzrə prorektoru İranə Əliyeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayevanın gündəlikdəki məsələlərlə bağlı hesabat-çıxışları dinlənilib, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdəki cari məsələlər də səs çoxluğu ilə təsdiq olunub.
Fariz