Geniş turizm imkanlarına malik olan Lənkəran rayonunun təbiəti, tarixi abidələri, milli mətbəxi, folkloru rayona gələn turistlər üçün çox maraqlıdır.
Turistləri bura cəlb edən vacib amillər isə Lənkəranın dəniz, dağ və meşə ilə əhatə olunmasıdır. Son illər rayona gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, rayonun turizm və istirahət mərkəzləri yay turizm mövsümünə tam hazırdır. Bu ilin beş ayında Lənkərana 5 mindən çox turist gəlib. Onların 700 nəfəri xarici turistlərdir.
Turizmlə bağlı kompleks işlər həyata keçirilir. Yay fəslində Lənkəranda 3 yeni çimərliyin yaradılması nəzərdə tutulub.