Malayziya hökuməti avqustun 1-dən turistlər üçün yeni verginin tətbiqinə başlayacaq. “Straits Times” nəşrinin məlumatına görə, vergi əcnəbilərlə yanaşı, Malayziya vətəndaşlarına da tətbiq ediləcək.
Beşulduzlu mehmanxanada yaşamağa görə qonaqlardan 20 rinqit (təqribən 4,7 dollar) əlavə vergi alınacaq. Dördulduzlu mehmanxanaların sakinləri 10 rinqit (2,3 dollar), üç, iki və bir ulduzlu mehmanxanalarda gecələyənlər isə 1,2 dollar vergi ödəməli olacaqlar. Ulduza malik olmayan yerlərdə gecələyənlər də əlavə 0,5 dollar ödəyəcəklər.
Bununla yanaşı, ailələrdə, dini müəssisələrin yanında olan və 10 otaqdan az yerli məkanlarda yaşayanlardan əlavə vergi tələb edilməyəcək.
Malayziyanın turizm və mədəniyyət naziri Mohamad Nəzri Əbdül Əziz bildirib ki, turistlər üçün nəzərdə tutulan məkanlar 60 faiz dolduğu halda, yeni vergi sisteminin tətbiqi ölkəyə 654 milyon rinqit (153 milyon dollar) əlavə gəlir gətirə bilər.