“Elə bil cənnətə düşmüşəm. Ölkənizin çox gözəl təbiəti var. Dünəndən bəri Şəkini gəzirəm. Xan sarayının möhtəşəmliyinə, gözəlliyinə heyran qaldım. Çox cəlbedici və təkrarolunmaz abidədir. Sarayı əhatələyən uca dağlar, yamyaşıl təbiət, həyətdəki hündür ağaclar çox xoşuma gəldi. Bu gözəl diyara səfər etdiyimə görə özümü xoşbəxt sanıram”.
Bu sözləri Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Səfərindən çox məmnun qaldığını söyləyən kolumbiyalı nazir Azərbaycan xalqının qonaqpərvərliyinin, istiqanlılığının, yüksək mədəniyyətinin və nəzakətliliyinin onda xoş təəssürat doğurduğunu bildirib.