İspaniya polisi məşhur ingilis ekspressionist rəssamı Frensis Bekonun (1909-1992) oğurlanmış beş rəsm əsərindən üçünü tapıb.
Əsərlər 2015-ci ildə Madrid şəhərindəki fərdi evlərdən birindən oğurlanmışdı. Ondan yalnız bir il sonra oğurluq barədə məlumat açıqlanmışdı.
Rəsm əsərlərinin qiyməti 30 milyon avro təşkil edir. İspaniya polisi tapılmış üç rəsm haqqında hələ ki açıqlama verməyib. Yanvar ayında İspaniyada Bekonun əsərlərinin oğurluğunda şübhəli bilinən 3 nəfər saxlanılmışdı.