Yaponiyada “Distant iş günü” qeyd edilib
İyulun 24-də bütün Yaponiya üzrə idarə və müəssisələrdə “Distant iş günü” qeyd edilib. Həmin gün işin məsafədən idarə edilməsi kampaniyası keçirilib.
Yaponiya hökuməti bu günü iş yerlərinin yenidən qurulması və nəqliyyatda sıxlığı azaltmaq məqsədilə elan edib.
Yaponiyada distant iş rejimi əməkdaşlara öz işləri ilə məşğul olmaqla yanaşı, eyni zamanda uşaqlara, xəstə və qoca qohumlarına xidmət üçün imkan kimi qəbul edilir.
Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, ötən il ölkədəki müəssisələrin təqribən 13 faizi distant iş rejimindən istifadə edib. Hökumət belə müəssisələrin sayını 2020-ci ilədək 35 faizə çatdırmağı qarşıya məqsəd qoyub.