Alimlər İtaliyanın Siciliya adasında dünyanın ən qədim şərabını aşkar ediblər.
Aqricento şəhərciyi yaxınlığında mağarada tapılan içkinin yaşı altı min ildir.
ABŞ-ın Florida Universitetindən Devid Tanazinin başçılıq etdiyi arxeoloqlar qrupu, həmçinin İtaliyanın Kataniya Universitetinin mütəxəssislərinin səyi ilə aşkar edilən şərab gildən hazırlanan böyük bardaqda olub.
Tapıntı haqda alimlərin fərziyyəsi bundan ibarətdir ki, şərab Apennin yarımadasında iki min il əvvəl mis-daş dövründə yayılıb.
Bardağın divarlarının kimyəvi analizi içkinin yaşını təyin etməyə imkan verib. Bu tarix bizim eradan əvvəl IV minilliyə gedib çıxır.