Kompüter mühəndisləri “Toybox” adlı 3D-printer hazırlayıblar. Bu printer vasitəsilə uşaqlar oyuncaqlarını sərbəst şəkildə çap etmək imkanı əldə edəcəklər. “Indiegogo” platformasında satışa çıxarılmış 3D-printerdən istifadə olduqca sadədir.
“Toybox” zəhərsiz bioparçalanan plastik kütlənin 1,75 mm diametrə malik olan sapı ilə çap edir. Android və iOS üçün hazırlanmış proqramda oyuncaq, bəzək əşyaları və digər predmetlərin 500-dən çox modeli əlçatandır.
Kataloqa müntəzəm olaraq yeni layihələr əlavə edilir. Həmçinin öz modelinin yaradılması və digər mənbələrdən hazır 3D-modellərin yüklənməsi mümkündür. Qurğu beş yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Lakin qoruyucu ekranlar olmadığından uşaqları çap prosesi zamanı qurğunun yanına tək buraxmaq olmaz.
Yeni 3D-printeri gələn ilin yanvarında 250 dollara əldə etmək mümkün olacaq.